Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib - FOTOLAR

2023/04/53665-1681966540.jpg
Oxunub: 2920     08:54     20 Aprel 2023    
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq ehtiram nümayiş etdirilib.

Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

İnstitutla tanışlıqdan sonra xatirə fotosu çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zakir-Həsənov   Almatı  


Bizi "telegram"da izləyin