“Məğlubiyyətdən sonra Ermənistanın oyunu təkrar keçirmək şansı yoxdur” - Surenyants

2023/04/1681885816.jpg
Oxunub: 7202     16:28     19 Aprel 2023    
“Paşinyan beynəlxalq tərəfdaşlarına sülhün alovlu müdafiəçisi olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants deyib.

Onun sözlərinə görə, sülh qonşularla diplomatik münasibətlərin qurulması deməkdir.

Surenyants qeyd edib ki, məğlubiyyətdən sonra Ermənistanın oyunu təkrar keçirmək şansı yoxdur.

“Paşinyan Ermənistanın güzəştə getməyəcəyi qırmızı xətləri müəyyən etməlidir. Ermənistanın ərazi bütövlüyü zərbə altındadır. Ermənistanın siyasətinin məzmunu yoxdur. Əgər gündəmin yoxdursa, maksimum uyğunlaşma siyasəti aparmalısan”, - deyə erməni siyasi xadim əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ermənistan   Sülh  


Bizi "telegram"da izləyin