Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb - VİDEO+FOTOLAR
Oxunub: 4773
18:34
18 Aprel 2023
Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib.
Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.