Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - VİDEO+FOTOLAR

2023/04/5af29-1681732833.jpg
Oxunub: 5665     15:41     17 Aprel 2023    
2023-cü ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.


Yarış iştirakçılarına yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizəyə başlayıblar. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin