Şəhid anaları Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər - FOTOLAR

2023/04/sehid-1681652713.jpg
Oxunub: 7065     17:14     16 Aprel 2023    
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan gətirilən şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər.

Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Ordu.az-a verilən məlumata görə, otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

Günün sonunda şəhid anaları üçün iftar süfrəsi verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid-anaları   Müayinə  


Bizi "telegram"da izləyin