Bundan sonra bununla bağlı, eləcə də birbaşa hava daşımalarının bərpası ilə bağlı işlərə dair razılaşma elan edilib. Təxminən iki ay əvvəl məlum olub ki, Türkiyə tərəfi Ermənistandan birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırıb.
Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması 2022-ci ilin oktyabrında Praqada Paşinyan-Ərdoğan görüşündən və Türkiyədə baş verən zəlzələdən sonra da müzakirə edilib.
Ancaq şübhəsiz ki, bu Ermənistan-Türkiyə müzakirələrində müzakirə olunan məsələlərin yekun həllində Türkiyə ilə üçüncü dövlətlər, o cümlədən Rusiya, ABŞ, İran arasında münasibətlər böyük əhəmiyyət kəsb edəcək. Maraqlıdır ki, Marqara körpüsündən sərhəd keçidinin işə salınması üçün hazırlıq işlərinə dair bəyanat Rusiya xarici işlər naziri Lavrovun Ankaraya səfəri ilə üst-üstə düşüb. Görüş zamanı, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri, regional kommunikasiya xətləri də müzakirə olunan məsələlər arasında olub. İki gün əvvəl isə Ermənistanın baş naziri regional kommunikasiyaların açılması məsələləri ilə məşğul olan Rusiya baş nazirinin müavini Aleksey Overçukun qonağı olub. Bütün bunlar onu deməyə əsas verir ki, müzakirələrin böyük hissəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından asılıdır. Habelə müzakirələrin müəyyən obyektivləşdirilməsi ehtimalı var ki, bu da bəlkə də Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması qərarının verilməsi ehtimalını artırır.
Aqil Məmmədov
Ordu.az