Belə çıxır ki, zəlzələdən zərər çəkmiş Türkiyəyə Ermənistan xarici işlər nazirinin səfəri nəzərdə tutulmamışdı. Məhz bu səbəbdən bu səfər sadəcə “jest” və ya məntiqi davam deyil, münaqişə kontekstində atılan konkret siyasi addım olub. Ertəsi gün Ermənistanın baş naziri elan etdi ki, dünən, yəni xarici işlər nazirinin Türkiyəyə səfəri günü onlar Ermənistanın sülh müqaviləsi layihəsinin növbəti mərhələsi üzrə işini başa çatdırıb və hazırlanmış layihəni Azərbaycana təhvil veriblər.
Layihənin Türkiyə vasitəsilə Azərbaycana ötürülməsi güman edilir. Türkiyə həmişə danışıqlar prosesinin vacib tərəfi olub, bunu məxfilikdən çıxarılan sənədlərdən, keçmiş həmsədrlərin hekayə və xatirələrindən aydın görmək olar. Vaşinqtonun himayəsi altında keçirilən görüş bu zəncir çərçivəsindədir, yoxsa o bu prosesə qarşıdır? Bunu söyləmək olduqca çətindir. Münhendən sonra dövlət katibi Blinken Türkiyəyə, oradan da Yunanıstana getdi. Afina-Ankara münasibətlərindəki gərginliyə baxmayaraq, Yunanıstan da zəlzələ ilə bağlı başsağlığı və yardım göndərib, xarici işlər naziri Türkiyəyə gedib.
Kifayət qədər mürəkkəb mozaikada, Paşinyan-İlham Əliyev görüşü Blinkenin himayəsi altında keçirilir. Bundan öncə isə Rusiya, əgər Ermənistan və Azərbaycan istəsə, Moskvanın sülh müqaviləsini müzakirə etmək üçün görüş təşkil etməyə hazır olduğunu bəyan etmişdi.
Əslində bütün platformalarda iş gedir. Bu, minimum zərurətdir, çünki dərin mənada bütün güc mərkəzləri oynayır və tərəflər onların heç birinin oyunundan imtina etmək imkanına malik deyillər, habelə bunu etməmək üçün sağlam düşüncəyə malikdirlər. Başqa variant yoxdur və bu yalnız əsəblərin deyil, resursların, zaman-zaman iqtisadi, sosial-psixoloji və institusional döyüşüdür. Başqa sözlə, Rusiya ilə ABŞ-ın bir-birini yormaq üçün qarşıdurması əsasən Ermənistan-Azərbaycan münaqişəsinə təsir göstərməyə başlayıb və istər-istəməz tərəflər də “bir-birini yormaq” rejiminə düşüblər. Təbii ki, bu mənada Azərbaycan timsalında mənzərə nisbidir, çünki Bakının misilsiz böyük resurs üstünlüyü mövcuddur.
Aqil Məmmədov
Ordu.az