Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin olunub

2023/01/1672911129.jpg
Oxunub: 12370     13:07     05 Yanvar 2023    
Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

Ordu.az xəbər verir ki, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 16 il (2007-2022) sədri olmuş Həbib Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin sədri təyin olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Hərbi-Məhkəmə  


Bizi "telegram"da izləyin