Agentlikdən
Ordu.az-a bildirilib ki, səyyar xidmət çərçivəsində şəhidimizin anası Xalidə Qocayeva və həyat yoldaşı Ayşən Qocayevaya şəhid ailəsi üzvü vəsiqəsi təqdim edilib. Bununla yanaşı, DOST əməkdaşları şəhidimizin bu yaxınlarda övladının dünyaya gəlməsi münasibəti ilə həyat yoldaşını və anasını təbrik ediblər.
Görüşdə şəhidimizin şərəfli döyüş yolundan bəhs olunub, xatirəsi anılıb. Mərkəzinin direktoru Elvin Bayramov dövlət tərəfindən şəhid ailələri ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib.
Şəhid Vadim Qocayevin ailə üzvləri göstərilən xidmət və ziyarət üçün təşəkkür ediblər. Dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər.
Qeyd edək ki, Vadim Qocayev Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Vadim Qocayev Ermənistan silahlı qüvvələrinin bu ilin 12-14 sentyabr tarixlərində törətdiyi hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb. Onun bir yaşlı qızı və yeni dünyaya gələn oğlu var.
Ordu.az