Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - FOTOLAR

2022/10/1-1666764507.jpg
Oxunub: 2644     10:03     26 Oktyabr 2022    
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.

Xarici ölkələrin hərbi nümayəndələrinə hərbi liseyin tarixi və fəaliyyəti barədə ətraflı brifinq təqdim edilib.

Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazası ilə tanış olub, tədris prosesini izləyiblər.

Hərbi attaşelər təhsil müəssisəsinin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-lisey   Attaşe  


Bizi "telegram"da izləyin