Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər - FOTOLAR

2022/10/4e906-1665686677.jpg
Oxunub: 3481     22:40     13 Oktyabr 2022    
Şəmkirli şəhid övladları Qarabağ-Olimpiakos qarşılaşmasını izləmək üçün Bakıya gəliblər.

Ordu.az xəbər verir ki, səfər şəhid övladlarının istəyi, Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Qarşılaşma zamanı uşaqlardan ibarət azarkeşlər Qarabağ futbol klubuna olan dəstəklərini böyük pankartlar açaraq, şüarlar səsləndirərək göstəriblər.

Qeyd edək ki, 25 nəfər şəhid övladı qarşılaşmadan öncə Şəhidlər Xiyabanını və Hərbi Qənimətlər parkını ziyarət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid-övladları   Qarabağ  


Bizi "telegram"da izləyin