MDB-nin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2022/10/1665559039.jpg
Oxunub: 4075     11:03     12 Oktyabr 2022    
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MDB   Şəhidlər-Xiyabanı  


Bizi "telegram"da izləyin