Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri başlayıb - FOTOLAR

2022/10/f9bb1-1665480576.jpg
Oxunub: 4617     13:10     11 Oktyabr 2022    
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qırğız Respublikasına dövlət səfəri başlayıb.

Ordu.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsi “Manas” Beynəlxalq Hava Limanına enib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.

Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.

Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Prezident   Qırğız-Respublikası  


Bizi "telegram"da izləyin