Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb - FOTOLAR

2022/09/1663920702.jpg
Oxunub: 1235     11:44     23 Sentyabr 2022    
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkarlayıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xocalı   Mina  


Bizi "telegram"da izləyin