FHN-in dəvəti ilə Türkiyədən gəlmiş psixoloqların fəaliyyətinə dair media-tur təşkil olunub - FOTOLAR

2022/09/1663665363.jpg
Oxunub: 647     13:23     20 Sentyabr 2022    
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.

Ordu.az xəbər verir ki, bu gün Türkiyədən gəlmiş peşəkar psixoloqların FHN-in mütəxəssisləri ilə birgə göstərdikləri psixoloji yardımla bağlı əhalinin daha çox məlumatlandırılması məqsədilə media-tur təşkil olunub.

FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun binasında keçirilən media-tur zamanı jurnalistlər vətəndaşlara göstərilən psixoloji yardımla əyani tanış olublar. Vətəndaşlar onlara göstərilən yardımdan məmnun qaldıqlarını qeyd edərək xidmətin təşkil olunmasına görə təşəkkürlərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: FHN   Qazi  


Bizi "telegram"da izləyin