Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Edqar Elbakyan yazıb.
Elbakyan qeyd edib ki, faktiki olaraq Pela dağı (Ağdağ yüksəkliyi - red.) tamamilə Azərbaycanın nəzarəti altına keçir, qonşu kəndlər üçün də birbaşa təhlükəsizlik təhdidləri yaradır.
“Hökumətdə oturanlar könüllü olaraq ölkəmizin ən vacib, strateji əhəmiyyətli mövqelərini hissə-hissə təhvil verdikləri müddətcə Azərbaycanın artıq yeni qızışdırmalara əl atmağa ehtiyacı yoxdur”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az