Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) - I YAZI

2020/05/18-11129762315.jpg
Oxunub: 2146     14:49     20 May 2020    
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsas təyinatı işğal olunmuş torpaqlarımızın azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpasıdır.

Bunun üçün ordunun müasir döyüş texnikası ilə təchiz edilməsi ilə yanaşı, qoşunların təşkilati strukturlarının dəyişdirilməsi və müxtəlif ərazilərdə, o cümlədən dağlarda əməliyyatların aparılması taktikasının təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilir və bu daha geniş miqyasda, konkret ərazilərə və şəraitlərə uyğun keçirilməlidir.

Döyüş hazırlığının gedişində şəxsi heyətə dağlarda döyüş fəaliyyətlərinin öyrədilməsi, qoşunların hücumunun təşkili və döyüş tapşırıqlarını yerinə yetirməsində böyük əhəmiyyət kəsb edir. Dağlıq ərazinin kəskin dərə-təpəli olması, məhdud yol şəbəkəsi və onların aşağı keçid qabiliyyətləri, çətin keçilən aşırımlar, qoşunların idarə edilməsində müəyyən çətinliklər, həmçinin meteoroloji şəraitin qəfil dəyişmələri qoşunların fəaliyyətinə kəskin təsir edəcək.
Eyni zamanda təbii maneələr olan dağ massivləri düşmənə dərin eşelonlaşdırılmış, yaxşı müşahidə və atəş sektorları olan çoxyaruslu müdafiə qurmağa imkan verir və düşmən belə bir müdafiə əsasən qurub.

Komandir və qərargahlardan hücum əməliyyatlarının təşkili zamanı dağ şəraitinin bütün xüsusiyyətlərinin qoşunların fəaliyyətlərinə mənfi və müsbət təsirlərinin nəzərə alınması tələb edilir.

Dağlarda döyüş zamanı əsas məsələlərdən biri də bölmə, hissə və birləşmələrin fəaliyyətinin dəqiq uzlaşdırılmasıdır.

Adi şəraitlə müqayiədə dağlarda qoşunların bir mərkəzdən idarə edilməsi çətinləşir, bu səbəbdən komandirlərdən daha çox təşəbbüs, qərargahlardan isə konkret mövcud şəraitə uyğun döyüşü planlaşdırmaq tələb olunur.

Bu məqalədə qoşunların dağ şəraitində hücum fəaliyyətinin xüsusiyyətlərinə uyğun bizim üzərimizə düşən vəzifələri nəzərdən keçirəcəyik.

Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran birinci tapşırıq işğal altında olan ərazilərin azad edilməsidir. İşğal altında olan ərazilər isə əsasən dağlıq ərazilərdir. Dağlıq ərazinin şərtləri və onların qoşunların fəaliyyətlərinə təsiri, hərb elminin öyrənilməsi, təlimlər, əməliyyatların planlaşdırılması və keçirilməsi zamanı diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir. Bu xüsusiyyətlər öyrənilməsə və nəzərə alınmasa uğurdan danışmaq olmaz.

Dağlıq ərazi Qarabağın böyük hissəsini əhatə edir. Bildiyimiz kimi dağlıq ərazi şəraitləri həmişə qoşunlar tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üsullarına təsir edib və edəcək. Bu tapşırıqları yerinə yetirərkən ərazinin xarakteri, relyefi, qruntu, iqlim, hidroqrafik və digər şərtləri mütləq nəzərə alınmalıdır. Dağlarda qoşunların fəaliyyətinə ən çox relyefin təsiri olacaq.

Qarabağın ərazisi müxtəlif yüksəklikdə dağlar olan sahələrdən ibarətdir. Ərazilər, dəniz səviyyəsindən yüksəkliyinə görə alçaq (500-1000 m), orta hündürlüklü (1000-2000 m) və hündür (2000 m-dən yuxarı) dağlar olan ərazilərdir, fəaliyyətlər planaşdırılarkən və icra edilərkən onların fərqləri və özünəməxsus təsirləri real tədbirlərdə özünü göstərməlidir.

Kiçik dağlar (500-1000 m) olan ərazilərdə hücuma hazırlaşan qoşunların iri qruplaşmalarının fəaliyyətləri mümkündür. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə çoxlu əlverişli keçidlər və vadilər var, nisbətən inkişaf etmiş yol şəbəkəsi mövcuddur. Bütün bunlar imkan verəcək ki, hücum əməliyyatları yüksək tempdə və bütün növ döyüş texnikasını tətbiq etməklə keçirilsin. Bu tip ərazilər əsasən cəbhənin cənub istiqamətlərində, eləcə də mərkəzi istiqamətlərdə əməliyyatların birinci günü fəaliyyətlərin baş verdiyi ərazilər olacaq.

Orta hündürlüklü dağlar (1000-2000 m) olan ərazilərdə artıq bəzi yeni çətinliklər meydana çıxacaq. Bu dağlarda sərt, bəzi hallarda məskunlaşmış, bir çox yerlərdə isə dağıdılmış yaşayış məntəqələri olan yamaclar üstünlük təşkil edir, qışda aşırımlar hərəkət üçün çətin keçilən olur, qoşunların manevrləri məhduddur, ağır texnikanın yollardan kənarda tətbiqi çətinləşir. Belə rayonlarda fəaliyyət göstərmək üçün şəxsi heyətin, döyüş texnikası və silahların əsaslı hazırlığı tələb olunur. Bu tip ərazilər mərkəzi istiqamətlərdə düşmən ordusunun ikinci eşelon və ehtiyatlarının yerləşdiyi rayonlarda, əməliyyatların sonrakı günləri fəaliyyətlərin baş verdiyi ərazilər olacaq.

Hündür dağlar (2000 m-dən yuxarı) olan ərazilərdə əməliyyatların əsasən yol istiqamətləri boyu aparılması mümkündür, ağır texnikanın tətbiqi məhdudlaşır, demək olar ki, mümkün olmur. Bu ərazilərdə fəaliyyət üçün qoşunların xüsusi hazırlanması və əməliyyatlarda xüsusi hazırlıqlı bölmə və hissələrin tətbiq edilməsi vacibdir. Nəzərə alınmalıdır ki, aşırımlar ilin böyük hissəsi qarla örtülü və hərəkət üçün yararsız olacaq, tez-tez qar və daş uçqunları, sellər baş verəcək. Bu ərazilərdə yollar azdır, hündürlüklərə qalxdıqca onların keyfiyyəti əsasən pisləşir. Mövcud yolların əksəriyyəti isə sərt döngəli, ensiz və dolayı serpantinli, sərt yoxuş və sərt enişlidir. Son zamanlar istər Azərbaycan tərəfdən, istərsə də Ermənistan tərəfdən yol şəbəkəsində təmir-quruculuq işləri görülüb, bəzi yolar düzəldilib, yeni yollar çəkilib. Əlbəttə müəyyən istiqamətlərdə qoşunların fəaliyyəti asanlaşacaq. Amma nəzərə alınmalıdır ki, bu da qoşunların fəaliyyətinin yollara bağlanmasına, hərəkətinin geniş ərazidə məhdudlaşmasına və müasir silahların hədəfinə çevrilməsinə gətirib çıxaracaq. Bu tip ərazilər isə əsasən Şuşa, Laçın, Kəlbəcər rayonları istiqamətlərindəki ərazilər olacaq.

Havanın çox seyrək olması şəxsi heyətin döyüş qabiliyyətinə, texnikanın və silahların imkanlarına, eləcə də maddi-texniki təminatın təşkilinə mənfi təsir göstərəcək. Ona görə də texnika və silahlar üzərində hücuma hazırlıq zamanı tədbirlər görülməli, şəxsi heyət isə döyüş hazırlığının gedişində, eləcə də hücuma hazırlıq zamanı dağlarda fəaliyyətlərə hazırlanmalıdır.

Marşlarda, həmçinin hücum zamanı qoşunların fəaliyyətlərinə suxurlar da ciddi təsir göstərəcək, texnikaların keçməsi və mühəndis işlərinin aparılması çətinləşəcək. Dağlarda fortifikasiya qurğularının quraşdırılması, yolların çəkilməsi daha çox qüvvə, vəsait və vaxt tələb edir. Ona görə mövcud təbii və sünii maneələrdən maksimum istifadə etmək, malik olduğumuz zaman çərçivəsində, ən mühüm işləri birinci növbədə yerinə yetirmək lazımdır. Atəş mövqeləri seçərkən, düşmən əkshəmləsini dəf edərkən belə suxurlar möhkəm sığınacaq yaradacaq və düşmən müşahidəsindən, eləcə də atəşlərindən qorunmaq imkanı verəcək.

Qoşunların fəaliyyətinə dağlardakı iqlim – havanın temperaturu, atmosfer təzyiqi, rütubət, yağıntılar, külək, buludluluq, duman əhəmiyyətli təsir göstərəcək. Bu təsir sağlamlığında problem olan şəxsi heyətin səhhətində, texnikanın istismarında, bölmələrin manevrlərində, qoşunların hərtərəfli təminatında, silahların tətbiqində və idarəetmənin təşkilində özünü biruzə verəcək. Qoşunlar dağlıq ərazilərdə fəaliyyətlərə əvvəldən hazırlıqlı olsa bu təsirləri minimuma endirmək olar.

Dağlıq ərazilərin, qoşunların fəaliyyətinə ümumi təsirlərindən başqa, qoşun növləri, qoşun qisimləri və xidmət növlərinin qarşılaşacağı özünəməxsus faktorların nəzərə alınmaması da döyüş fəaliyyətlərinin təşkilində böyük çətinliklər və uğursuzluqla nəticələnə bilər.

İndi isə bu xüsusi faktorlara nəzər salaq.

Motoatıcı və tank qoşunları

Kəskin dərə-təpəli ərazi, mümkün hərəkət istiqamətlərinin məhdudlaşması, iqlimin müxtəlifliyi və sərtliyi, havanın seyrək olması, ağac örtüyünün olmaması, daş və qaya suxurlarının üstünlük təşkil etməsi, həmçinin qar və daş uçqunlarının, sürüşmələrin, sel gəlməsinin mümkünlüyü motoatıcı və tank qoşunlarının döyüş fəaliyyətlərinə əhəmiyyətli təsir göstərəcək. Odur ki, istiqamətlər üzrə müstəqil qoşun qruplaşmalarının yaradılması, qoşunların dərin eşelonlaşdırılması tələb olunur. Dağlıq ərazidə düşmən, əsas qüvvələri bizim ehtimal olunan ayrı-ayrı hücum istiqamətlərində cəmləşdirib, az qüvvələrlə daha enli cəbhədə müdafiə qurub, ehtiyatda güclü və manevr qabiliyyətli qüvvələr saxlayıb, bütün vasitələrlə mühüm hündürlükləri əldə saxlamağa çalışacaq. Motoatıcı və tank bölmələrinin fəaliyyətləri zamanı səmtləşmə, qarşılıqlı əlaqənin təşkil edilməsi, təminat və idarəetmə mürəkkəbləşəcək. Odur ki, yüksək dağlıq rayonlarda fəaliyyətlər zamanı qoşunların, texnika və silahların hazırlığı çox mühümdür.

Kəskin dərə-təpəli relyef güclü şaquli hava axınları yaradır, bu da taktiki hava desantlarının istifadəsini çətinləşdirir. Enmə üsulu ilə desant çıxarılması, dağlarda enmə meydançalarının az olmasına və desantın güclü atəşə məruz qalmasına görə məhdudlaşacaq.

Dağlıq ərazilərdə hərəkət sürətinin və ötmə imkanlarının az olması, tank və PDM-lərin tətbiqində nəzərə çarpacaq dərəcədə problemlər yaradacaq. Bunun üçün tankların, PDM və digər döyüş maşınlarının heyətlərinin, əsasən də maşın sürücülərinin və mexanik-sürücülərin peşəkar hazırlığının, xüsusi dağ hazırlığının təkmilləşdirməsi hesabına, texnika üzərində mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi – rezin-metal şarnirli tırtılların əvəzinə metal tırtıllardan istifadə olunması, tırtılların dartılıb bərkidilməsi və s. tədbirlərini həyata keçirərək bölmələrin keçmə qabiliyyətini artırmaq lazımdır.

Dağlıq ərazinin şəraitləri tank və PDM silahlarından atəşin aparılmasını çətinləşdirir. Kəskin dərə-təpəli ərazi kiçik ölçülü hədəflərin aşkar olunmasını mürəkkəbləşdirir. Əhəmiyyətli əyilmələr, hədəf yerlərinin böyük bucaqları, küləyin tez-tez istiqamətini və sürətini dəyişməsi, hava temperaturu və atmosfer təzyiqinin kəskin dəyişmələri tankların və digər döyüş maşınlarının atış dəqiqliklərinin zəifləməsinə gətirəcək ki, bu da müvafiq düzəlişlərin edilməsini tələb edir. Tank və PDM-lərdən dağlarda atəşin aparılmasının şərtləri heyət və bölmə komandirlərindən silahla davranışda yüksək hazırlıq, dağ şəraitlərinin atışa təsirini dərindən bilməyi, yana əyilmələri, atəş mövqeyinin hündürlüyünü, tankın və hədəfin yamac boyu hərəkətini nəzərə alaraq atəşə düzəlişlərin edilməsini tələb edir.

Dağlarda əməliyyatların təşkili zamanı qoşunların bir-birindən ayrı istiqamətlərdə fəaliyyət aparmağa məcbur olduqlarını nəzərə alaraq bir neçə hücum qruplaşması yaratmaq vacibdir. Əsas zərbəni tankların, artilleriya və aviasiyanın səmərəli istifadə edilməsinə imkan verən və daha çox əlverişli olan istiqamətlərdə endirmək lazımdır. Buna görə də yandan keçmə dəstələrinin fəaliyyətləri və cinah zərbələri daha məqsədəuyğun olacaq.

Dağlıq ərazidə tapşırıqların uğurla yerinə yetirilməsi üçün əsas üsullardan biri də gözlənilməzlikdir. Fəaliyyətlərin gözlənilməzliyini əldə etmək məqsədilə əsas zərbəni əlçatmaz istiqamətlərdə, düşmənin gözləmədiyi yerdən endirməyin mümkünlüyü planlaşdırma zamanı mütləq araşdırılmalıdır.

Hücum zamanı qoşunların döyüş düzülüşünü, dağlıq ərazinin xüsusiyyətini nəzərə alaraq müəyyən etmək lazımdır. Döyüş düzülüşü dərin, iki, bəzən isə üç eşelon olmalıdır.

Döyüş düzülüşünün ön dəstə, yandan keçmə dəstəsi və taktiki hava desantı kimi elementlərinin tətbiqi, düşmənin cinahlarına və arxasına manevrin yerinə yetirilməsi, dağ aşırımlarının, keçidlərin, yol qovşaqlarının və digər obyektlərin ələ keçirilməsi kimi fəaliyyətlər tapşırıqların yerinə yetirilməsində geniş tətbiq edilməlidir.

Hücum bir neçə istiqamətlərdə ayrı-ayrı keçiriləcək və qüvvələr təcrid olunacaq, döyüşlər yerli xarakter daşıyacaq. Odur ki, bölmə və hissələrin fəaliyyəti təkcə taktiki yox, həm də əməliyyat məqsədlərinə çatmaqda müstəqil rol oynayacaq. Buna görə hər istiqamətdə hücum qruplarının tərkibi, təchizatı, döyüş və arxa təminatı müstəqil əməliyyat aparmağa imkan verməlidir.

Əməliyyatın ən çətin, əvəldən dəqiq planlaşdırılması mümkün olmayan mərhələsi ‒ hücumun dərinlikdə inkişafı mərhələsidir. Bu mərhələ zamanı yol istiqamətləri boyu birinci eşelonun əsas qüvvələri praktiki olaraq döyüşqabağı qaydalarda, öndə güclü ön dəstələr və avanqardlara malik olaraq hərəkət etməlidirlər. Belə düzülüş döyüş tapşırıqlarını minimal qüvvə ilə yerinə yetirməyə imkan verəcək, eyni zamanda ön dəstələrin fəaliyyəti sayəsində qoşunların əsas qruplaşmasına həlledici istiqamətlərə manevr etmək imkanı yaradacaq.

Dağlarda hücumun ümumi tempi ikinci eşelonların bacarıqla döyüşə yeridilməsindən asılıdır. İkinci eşelonların döyüşə girməsini bir neçə istiqamətlərdə planlaşdırmaq vacibdir. Ehtiyatın döyüşə yeridilməsi üçün marşrutların boşaldılması, hava hücumundan müdafiə, atəş dəstəyi, mühəndis təminatı, komendant xidmətinin təşkili, qarşılıqlı əlaqə məsələlərinin daim dəqiqləşdirilməsi həlledici və çox vacib rol oynayacaq.

Adi şəraitdən fərqli olaraq, düşmənə atəşlə zərərvurmanı qoşunların hücum istiqamətləri üzrə planlaşdırmaq vacibdir. Bu zaman dağ relyefinin və düşmən müdafiəsinin xüsusiyyətlərindən asılı olaraq müxtəlif istiqamətlərdə müxtəlif düzülüşlər, atəş hazırlığının müddəti və hücumun atəşlə müşayiəti, eləcə də onların başlama vaxtlarını müəyyən etmək lazımdır. Hücumun atəş hazırlığını düşmən müdafiəsinin yarusları üzrə, eyni vaxtda düşmənin obyektlərini dərinlikdə vurmaqla həyata keçirmək vacibdir. Bəzən, gözlənilməzlik əldə etmək məqsədilə atəş hazırlığını ümumiyyətlə keçirməmək də olar. Bu da əməliyyat tapşırıqlarından, qoşunların vəziyyətindən, tərəflərin qüvvə nisbətindən, döyüş imkanlarından, müşahidə imkanlarından, ərazi və hava şərtlərindən asılı olacaq.

Dağlarda tanklardan və tank əleyhinə vasitələrdən düzünə tuşlama atışına vacib yer verilməlidir. Bu, onun üçün lazımdır ki, bəzən duman və buludlar artilleriyanın bağlı atəş mövqelərindən effektli atışına imkan vermir. Bundan başqa, düşmən müdafiəsinin çoxyaruslu düzülüşü var və onun bütün obyektlərinin eyni vaxtda vurulması vacibdir, buna görə də adi şəraitdə olduğundan daha artıq düzünə tuşlama atışı üçün artilleriya vasitələrinin cəlb olunması tələb edilir. Dağlarda minaatan atəşinin də rolu artacaq. Buna görə ikinci eşelon və ehtiyat bölmələrinin minaatan batareyaları ilə birinci eşelon gücləndirilməlidir.

Dağlarda hücum zamanı qoşunların qarşılıqlı əlaqəsi mürəkkəbləşir. Qoşun qruplaşmalarının bütün fəaliyyətləri ayrı-ayrı istiqamətlər üzrə öz aralarında, eləcə də yandan keçmə (dövrələmə) və manevr edən bölmələrlə razılaşdırılmalıdır.

Artilleriya və aviasiyanın atəş zərbələri endirməsi dəqiqliklə uyğunlaşdırılmalı, yandan keçmə və reyd dəstələrinin vaxta, istiqamətlərə və fəaliyyət rayonlarına görə fəaliyyətləri koordinasiya edilməlidir.

Döyüş hazırlığının gedişində və hücuma hazırlıq mərhələsində dəqiqliklə və diqqətlə taborlar, bölüklər və taqımlar arasında qarşılıqlı əlaqəni məşq etdirmək vacibdir. Hücumun hazırlığı zamanı şəxsi heyətin, döyüş texnikasının və silahların dağlarda fəaliyyətlərə hazırlığı ilə bağlı olan tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu məqalədə dağların xüsusiyyətlərinin qoşunlarımızın fəaliyyətlərinə ümumi təsirini araşdırdıq, eləcə də motoatıcı və tank qoşunlarının dağlarda hücumu zamanı diqqət edilməsi vacib olan məsələləri təhlil etdik. Növbəti məqaləmizdə dağlıq ərazidə hücum zamanı qoşun növləri, qoşun qismləri və xidmətlərin dağlarda fəaliyyətlərinin xüsusiyyətləri barədə araşdırma aparacağıq.

Mənbələr:

Motoatıcı bölmələrin dağlarda fəaliyyəti, Bakı – 2004.
Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağlarda-döyüş   Qarabağ  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) - I YAZI

2020/05/18-11129762315.jpg
Oxunub: 2149     14:49     20 May 2020    