Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO+FOTOLAR
Oxunub: 33299
15:47
14 Noyabr 2019
Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, plana uyğun olaraq HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.
Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.