Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan İctimai Şuranın sədri Vazgen Manukyanın istefasına toxunarkən qeyd edib.

O qeyd edib ki, son bir il yarım ərzində Ermənistan alternativ və ya digər siyasi xadimin varlığına dözməyən avtoritar sistemini möhkəmləndirir.
“İctimai Şuranın sədri, mütəmadi olaraq hökumətin və onun rəhbərinin baxışlarından ciddi şəkildə fərqlənən fikirlər səsləndirdi. Yeri gəlmişkən, bu barədə istefa mətnində Vazgen Manukyan bəyan edərək, hökumətin cəmiyyətin bölünməsi siyasətini davam etdirdiyini əlavə edib” - deyə politoloq bildirib.
Paşinyanın nazirin onunla görüşmək istəməməsi Manukyanın xoşuna gəlməyib. Bundan sonra onun üçün ictimai şuranın sədri, hökumətə vəsifə səlahiyyətlərindən irəli gələrək tövsiyələr verməli olan orqanın sədri vəzifəsində qalmaq mənasızdır.
Badalyan Manukyanın “Vernatun” siyasi platforması yaratmaq təşəbbüsünün də istefaya təsir etdiyini düşünür. Həmin platformada baxışları hökumətdən fərqli olan insanları bir araya toplaşmalı idi.
“Düşünürəm ki, İctimai Şuraya avtoritar sisteminin idarəetmə fəlsəfəsinə uyğunlaşacaq yeni bir sədr təyin ediləcək. Keçmişdə də rolu vacib olmayan bu qurum baş nazirə tabe qurumlardan biri olacaq. Əlavə anlaşılmazlıqların qarşısını almaq üçün ayrılıq baş verdi”, - deyə Badalyan bildirib.
Badalyanın sözlərinə görə, bu, gənclərin yetkin bir siyasətçi üzərində qələbəsi deyil, avtoritarizmin demokratiya üzərində qələbəsi idi.
Alpər Mövludoğlu
Ordu.az