Ermənistan AES kreditlərinin ödənilməsində vaxtın uzadılması büdcədə 6 milyard dram kəsr yarada bilər

2019/11/567-1573725895.jpg
Oxunub: 30085     13:13     14 Noyabr 2019    
2020-ci il Ermənistanın büdcəsi layihəsinin müzakirəsi zamanı “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Mikayel Melkumyan Ermənistan Maliyyə naziri Atom Cancuğazyandan Ermənistan Atom Elektrik stansiyasının kredit ödəməsinin uzadılması səbəbiylə mümkün 6 milyard AMD kəsirin necə ödəniləcəyini soruşub.

“Atom Elektrik Stansiyası ilə bağlı kredit daha 2 il müddətinə uzadılmalıdır. Bununla əlaqədar elektrik enerjisi sistemində mümkün kəsir 6 milyard dram təşkil edəcək. Bunu doldurmaq üçün büdcə krediti planlaşdırırsınız, yoxsa yox?”, - deyə deputat maraqlanıb.

Buna cavab olaraq Cancuğazyan bildirib ki, müzakirə olunur, həll yolu tapılacaq.

“Bizim bunu büdcə krediti kimi verib verməyəcəyimizi dərk etməyə vaxtımız var. Səhv etmirəmsə, 2020-ci ilin yanvar ayınadək vaxtımız var. Bunu həmçinin hökumət öz səlahiyyətləri daxilində həll edə bilər. Ona görə ki, bu problem həll ediləcəyi ehtimal edilən həcmindən və müddətindən asılıdır”, - deyə Cancuğazyan bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES   Kredit  


Bizi "telegram"da izləyin