Erməni deputatdan Paşinyana: "Asfalta sərilməkdən, divarlara zəncirlənməkdən qorxmuram"

2019/11/456-1573725829.jpg
Oxunub: 10176     15:13     14 Noyabr 2019    
"Onlar hiss etmir ki, mən asfalata sərilməkdən, divarlara zəncirlənməkdən qorxmuram, yalnız Allahın cəzasından qorxuram".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən deputat Vardan Qukasyan Ermənistan parlamentində jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Bununla, Qukasyan ötən gün parlamentdə Paşinyanın ona ünvanlanmış açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, Paşinyan ötən gün erməni parlamentində hökumətin sorğu-sual müzakirəsi zamanı "kriminal alt mədəniyyətin Ermənistanda kökünün kəsilməli olduğunu, əgər bu məsələdə güzəşt olunacağını və qanun layihəsi ilə bağlı vasitəçi məruzəçi olan deputat Nazeli Bağdasaryanı təhdid edə biləcəyini düşünən deputatlar da daxil olmaqla belə adamlar varsa, birbaşa deyirəm, sözün əsl mənasında asfalta sərər və divarlara çırparıq" deyə bildirib.

"Hər bir deputatın öz fikrini bildirməyə hüququ var və səhv bir şey deməmişəm. Hiss edirəm ki, xüsusilə də ölkənin bir nörməli siması tərəfindən fikirlərin belə ifadə edilməsi təqdirində təzyiqə məruz qalırlar. Baş nazirin dediyi kimi, Gümrünün yarısının qarət edilməsi məsələsi ilə bağlı, mən bir şey deyə bilərəm. Mənim işlədiyim dövrlərdə Ermənistanın heç bir qurumu bizim kimi şəffaf və təmiz işləməyib", - deyə Qukasyan bildirib.

Vardan Qukasyan qeyd edib ki, hazırda həbsə atılmasından da qorxmur.

"Bilirsiniz bunun sübutu nədir? rüşvətsiz və saxtakarlıqsız yalnız indiki baş nazir seçilməyib. Onun siyasi dayağı olan Ümumerməni Hərəkatı (ÜEH), bizim qalib gəldiyimiz 1996-cı ildə bütün dövlət qurumu ilə birlikdə həmin qutuları götürdü və sol tərəfə qoydu, başqa bir namizəd seçildi. Qarət ÜEH dövründə, ÜEH-nin bütün yüksək vəzifəli məmurları tərəfindən edilib. Ermənistana o qədər vəsait axını gəlmişdi ki, bu vəsaitlə yalnız Gümrü deyil, 3 dəfə Ermənistan qurula bilərdi. 37 zavod talan və qarət edildi. Onun özünün çıxıdığı hərəkat tərəfindən talan edilib", - deyə erməni deputat sözlərinə əlavə edib.

O, cinayət alt mədəniyyətinə qarşı mübarizəyə ilə bağlı qanun layihəsinin məruzəçisi Nazeli Bağdasaryanın vasitəçilik təhdidinə gəldikdə isə, onu tanımadığını, onun anasını tanıdığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Təhdid  


Bizi "telegram"da izləyin