Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin zenit raket divizionun komandiri polkovnik-leytenant Armen Baxşyan maddi vasitələrin qorunmasına cavabdeh olmasına baxmayaraq, vəzifə mövqeyindən sui-istifadə edib və toxunulmaz ehtiyatdan mənimsəmə yolu ilə ümumi dəyəri 9 538 457 dramdan çox olan 19 950 litr dizel və 100 litr benzin, cari YSM vasitələrindən isə 900 litr benzin sataraq əldə olunan vəsaitləri mənimsəyib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yol verdiyi cinayət əməllərinə görə ona qarşı ittiham irəli sürülüb.
Qeyd olunur ki, bundan əlavə, tabeliyindəki divizionun mühafizəsində olan radiolakasiya stansiyasından böyük sayda hücrələrin oğurlandığını bildikdən sonra, vəzifəsindən sui-istifadə edib, öz vəzifə borclarını yerinə yetirməyərək, bu barədə təyin olunmuş qaydalara uyğun yuxarı komandanlığa məlumat verməyib. Bu səbəbdən oğurluq hadisəsi hüquq mühafizə orqanlarına bir neçə ay sonra məlum olub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Oğurluq
Həbs