Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Qida Təhlükəsizliyi müfəttişləri Ararat vilayətinin Masis şəhər 1 saylı və Qeğanist cəmiyyətinin “Manuşak” uşaq baxçalarının mətbəxlərinin qida təhlükəsizliyinə təqdim olunan tələb pozuntuları ilə fəaliyyət göstərdiyini müəyyən edib.
Məlumata görə, Masis şəhər 1 saylı uşaq baxçasında “XAK” MMC-nin istehsalı olan və “Ruz Mart” MMC tərəfindən tədarük edilmiş “Əsgər payı: satışı qadağandır” etiketli 6 qutu 200 qramlıq xama tapılıb.
Xamaların satışı ilə bağlı Ermənistan prokurorluğuna bildiriş göndərilib. “"Əsgər payı: satışı qadağandır” etiketli xamaları tədarük edən “Ruz Mart” şirkətində yoxlamalara başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az