“Cənab naxoş Baş nazir, Azərbaycan xalqı ilə dialoqdan əvvəl öz ölkəndə nifrət və zorakılıq təbliğatına son ver” – Şarmazanov

2019/11/Sharm-1573642591.jpg
Oxunub: 22689     18:55     13 Noyabr 2019    
“Cənab naxoş Baş nazir, Azərbaycan xalqı ilə dialoqdan əvvəl öz ölkəndə nifrət və zorakılıq təbliğatına son ver”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, Ermənistanın Baş naziri vəzifəsini qəbul etmiş şəxs Azərbaycan xalqı ilə dialoqa hazır olduğunu bildirir, lakin öz ölkəsində cəmiyyəti qaralara və ağlara, inqilabçılara və əks-inqilabçılara, köhnələrə və yenilərə, sui-qəsdçilərə və nikolsevərlərə, nəhayət qürurlulara və xaş yeyənlərə bölür.

“Məhz bu cür də yaşayırıq. Gülməlidir”, - deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin