Ermənistan MN-in zenit-raket divizionunun komandiri yanacaq oğurluğunda ittiham edilir

2019/06/17_09-1559548137.jpg
Oxunub: 7929     16:56     13 Noyabr 2019    
Ermənistan MN-in “N” saylı hərbi hissəsinin zenit-raket divizionunun komandiri, polkovnik-leytenant Armen Baxşyan hərbi hissənin toxunulmaz təchizatlarından olan dizel yanacağı və benzin oğurluğunda ittiham edilir.

Ordu.az xəbər verir ki, ilkin məlumatlara görə, maddi vəsaitlərin saxlanılmasına cavabdeh olan erməni komandir rəsmi vəzifəsindən sui-istifadə edərək toxunulmaz təzhizat olan 19950 litr dizel yanacağı və 100 litr benzini mənimsəmə yolu ilə oğurlayıb.

Bundan başqa, o, öz komandanlığı altındakı divizionun mühafizəsi altında olan 19J6 radiolakasiya stansiyasından çoxlu sayda rabitə vasitələrinin oğurluğu haqqında məlumatlı olaraq rəsmi vəzifəsindən sui-istifadə edib və bu barədə qanunla nəzərdə tutulmuş qaydada komandanlığa məlumat verməyib.

Məlumata görə, qeyd edilən komandirə qarşı Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və 375-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb. Ona qarşı həbs qətimkan tədbiri həyata keçirilib.

Qeyd olunur ki, erməni komandir əvvəllər də mühakimə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin