Ermənistan ordusunun yüksək rütbəli zabitləri Aprel döyüşlərinə görə dindiriləcək

2019/07/5765_-1564558347.jpg
Oxunub: 22396     09:51     13 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran İstintaq Komissiyası ötən həftə Aprel döyüşləri ərəfəsində 3-cü “müdafiə rayonu”nda (hərbi hissə 35383) qulluq edən həkimi dinləyib.

Komissiyanın rəhbəri, deputat Andranik Köçaryan tərəfindən adı çəkilməyən həkim komissiyaya öz təşəbbüsü ilə gəlib. Məlumata görə, təsdiq edilmiş dəvət olunanlar siyahısında həmin həkimin adı olmayıb, ancaq müəyyən məlumatları çatdırmaq niyyətində olub.

“O, verə biləcəyi məlumatı bizə deyib, bu, bizim üçün çox vacib idi”, - deyə istintaq komissiyasının rəhbəri Andranik Köçəryan brifinq zamanı jurnalistlərə açıqlamasında həkimin həmin günlərdə qulluqda olduğunu da əlavə edib.

Onun dedikləri hansı müəyyən narahatlıqlar yaradıb-yaratmadığı ilə bağlı sualı cavablandırarkən Köçəryan qeyd edib ki, Aprel döyüşləri ərəfəsində nə baş verdiyini, döyüşlərdəki hərbi əməliyyatlara necə hazır olduqlarını və ya əksinə baş verənləri tam anladıqda narahatlıqlarını açıqlayacaqlar.

Komissiya üzvləri isə işin son mərhələsində həkimin dediklərinin nəticələri barədə danışacaqlar.

Komitə sədri araşdırma sahələrini artırmağa imkan verən Müdafiə Nazirliyindən daha əhəmiyyətli məlumatlar tələb etdiklərini və aldıqlarını bildirib. Nə məlumat barədə söhbət getdiyinə gəlincə, Köçəryan yalnız bunun hərbi əməliyyatlardan əvvəl olan məlumatlara və bu əməliyyatlar zamanı kəşfiyyat orqanlarının malik olduğu məlumatlardan söhbət getdiyini bildirib.

Bu istintaq komissiyasının aşkarladığı faktların yeni olmadığına dair malahizələrə gəlincə, Ermənistan Müdafiə naziri David Tonoyan özü də nazirliyin müharibə haqqında hər şeydən xəbərdar olduğunu bildirib. Komissiyanın fəaliyyətinin nəyə lazım olduğuna münasibət bildirərkən Köçəryan, Tonoyanın sözlərini şərh etmək istəmədiyini bildirib. Eyni zamanda, Köçəryan, hazırda nazir və nazirliklə çox sıx əməkdaşlıq etdiklərini vurğulayıb.

“Bir çox şey əlbəttə ki, Müdafiə Nazirliyi üçün əlçatan olub, lakin bir-birimizin köməyi ilə çatışmazlıqları tapıb həll etməliyik. Verilən qərarların doğru olub-olmadığını, verilən qərarların icra səviyyəsini anlamaq bizim vəzifəmizdir, buna görə əvvəlcə materialları araşdırarkən orduya nəzarət səviyyəsinin necə olduğunu və aprel ayındakı fəaliyyətin həcmi və xarakterinin necə olduğunu anlamalıyıq”. - deyə Köçəryan bildirib.

Aprel döyüşləri ilə bağlı İctimai Şuranın sədri Vazgen Manukyanın qiymətləndirməsinə toxunan Köçəryan bildirib ki, dörd aydır istintaq komissiyasının rəhbəri olsa da, belə bir bəyanat vermədiyi halda, Manukyanın bu cür qiymətləndirməni nəyin əsasında verdiyini başa düşməyib.

“Düşünürəm ki, keçmiş müdafiə naziri Vazgen Manukyanın qiymətləndirməsi vaxtından əvvəl verilib. O, malik olduğu məlumatlar həcmində belə bir qiymətləndirmə edə bilməzdi. Amma keçmiş nazir olaraq bu fəaliyyəti geniş miqyaslı müharibə kimi nəzərdən keçirə bilər. Ancaq bizim və düşmənimizin malik olduğu silahlanma fonunda geniş miqyaslı müharibə tam başqa xarakter daşıyır. Həm bu itkilərin sayının az olması, həm də uğurlarımızın daha çox olması üçün bu xarakterdı olan geniş miqyaslı müharibələrə hazır olmaq istəyirik”, - deyə komissiya sədri vurğulayıb.

Köçəryan Tonoyanın da komissiyaya dəvət olunacağını söyləyib. O qeyd edib ki, dəvət edilənlərin siyahısı durmadan artır və aldıqları məlumatları bütövləşdirməlidirlər.

“Bu gün MN-in bizə hər hansı bir məlumatı öyrənmək imkanı verdiyindən məmnunuq. Bir dairəvi maraq var, heç kim səhv etdiklərini etiraf etmək istəmir, ancaq səhv orduda həyat itkisidir, bu orqan, yəni ordu ən minimum səhvə yol verən qurum olmalıdır”, - deyə o bildirib.

Sözügedən “görkəmli dəvətlilər” nəhayət nə zaman komissiyaya gələcək deyə soruşduqda, Köçəryan cavab bir həftə də gözləmələrini vurğulayıb.

O, gələn həftə iclaslara iki çox önəmli məmurun dəvət ediləcəyini bildirib.

“Həm Ermənistandan, həm də Qarabağdan çox məsul məmurlar gələcəklər”, - deyən Köçəryan bir çox məsul şəxsləri artıq komissiyanın işində dinlədiklərini söyləyib.

Xatırladaq ki, Ermənistanda Aprel döyüşlərini araşdıran komissiya iyun ayında işə başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin