Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Erməni Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı vəziyyətinə toxunarkən bildirib.
O bildirib ki, 2016-cı ildə Vyanada cəbhə xəttində mexanizmlərin yaradılması təklifi verilib.
“O zaman hansı məsuliyyətimizin olduğu aydın deyildi, lakin bu təkliflə ilk dəfə cəbhə xəttini pozmaq üçün cavabdehlik məsələsi verildi. Bu, çox vacib məsələdir. Minsk qrupu hazır deyil”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az