Düşmənin Madagizdəki hərbi hissəsində yeni cinayət – Əsgər ölümündən əvvəl zorakılığa məruz qaldı

2019/10/pm629-1571126849.jpg
Oxunub: 656     20:02     16 Oktyabr 2019    
Arman Levonyan 2019-cu il sentyabrın 28-də saat 06:50 radələrində işğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində dislokasiya olunan erməni ordusunun, 33651 nömrəli, “Satana” ləqəbi ilə tanınan hərbi hissəsində qətlə yetirilib.

Hərbi qulluqçunun anası Hripsime bildirib ki, qətlindən 2 gün əvvəl oğlu Armanla telefonda danışıb. Oğlunun hərbi xidmətdən nə razı, nə də narazı olduğunu bildirib. Telefonla danışarkən ordu barədə heç bir artıq kəlmə danışmadığını qeyd edib.

Ohanavan kəndinin əsas yolunda üzərində “Arman-20” yazılmış qara lent bağlanıb. Ölən hərbi qulluqçu Arman Levonyanın valideynləri, atası Armen və anası Hripsime övladlarının ölüm faktı ilə barışa bilmirlər.

“Oğul saxladım, böyütdüm, verdim, aparıb meyitini qaytardılar”, - deyə erməni hərbi qullquçunun nənəsi bildirib.

Levonyanın ölümünü ailəyə kənd icra nümayəndəsi bildirib. Hərbi hissədən isə heç kim gəlib baş sağlığı verməyib.

Hadisə günü Ermənistan İstintaq Komitəsi gec də olsa məlumat yayaraq bildirib ki, hadisə ilə bağlı 3-cü qarnizonun istintaq şöbəsində qətl xüsusiyyətləri üzrə cinayət işi qaldırılıb.

Madagizdəki hərbi hissədən əldə edilən məlumatlara görə, ilk növbədə hadisənin intihar kimi qeyd edilməsi versiyası nəzərdən keçirilib. Lakin atəşin döş qəfəsində və üstdən aşağı istiqamətə doğru açılması bu versiyanı rədd edib.

Hərbi hissədə nə baş verdiyi Levonyanlara məlum deyil. Qətlə yetirilən hərbi qulluqçu Arman Levonyanın yaxınları onun bədənində xəsarət izləri aşkar ediblər.

“Baş nahiyyəsində, üz qismində böyük yara olub. Məhkəmə tibbi eksperti bildirib ki, bu yaralar, ölümündən 2 gün öncə baş verib”, - deyə ölən əsgərin əmisi bildirib.

Onun sözlərinə görə, Levonyanın qətldən əvvəl zorakılığa məruz qaldığı sirr deyil. Ancaq buna səbəb olan əlamətlər, yaxud əsgər yoldaşları arasında mübahisə və digər məqamlar barədə ailənin heç bir məlumatı yoxdur.

Hazırda ölən erməni hərbi qulluqçunun əsgər yoldaşlarından ikisi həbs edilib. Həmin əsgər yoldaşlarından Qarnik Mxitaryan, yazda Meğridəki hərbi hissədə baş verən məlum qalmaqallı intizam pozuntusuna yol verərək, hərbi hissəni özbaşına tərk etdikdən sonra Madagizdəki hərbi hissəyə qulluq yeri dəyişdirilərək gətirilən hərbi qulluqçulardan biridir.

Meğridəki hərbi hissədə baş verən hadisədən sonra həmin hərbi qulluqçular cəza olaraq, intizam taborlarına və ön xətt hərbi hissələrinə göndərilib.Qarnik Mxitaryan da cəzlandırılaraq digər hərbi hissələrə göndərilən həmin hərbi qulluqçulardan biri olub. O, ibtidai istintaq zamanı ilk ifadəsində Arman Levonyanı vurduğunu etiraf etsə də, daha sonra ilkin ifadəsindən imtina edib.

Madagizdə dislokasiya olunan 6-cı dağ atıcı alayda bir sıra qalmaqallı və erməni ictimaiyyətinin diqqətinə səbəb olan hadisələr, həmçinin bu hərbi hissədə hökm sürən cinayət atmosferi haqqında dəfələrlə məlumat verilib. Bu yazıların dərc edilməsi hərbi hissə komandiri polkovnik Armen Gözəlyanı narahat edib. Ermənistan Müdafiə Nazirliyi isə jurnalistlərin həmin hərbi hissəyə nümayiş səfərini təşkil edərək Madagizdəki hərbi hissəni nümunəvi intizamlı hərbi hissə kimi təqdim etməyə səy göstərib. Bundan ruhlanan jurnalistlər hərbi hissə komandiri polkovnik Arman Gözəlyandan müsahibələr alıblar.

Budur, indi həmin hərbi hissədə daha bir yeni cinayət baş verib. Ermənistan MN-dəki mənbənin məlumatına görə, Levonyanla bağlı son hadisədən sonra hərbi hissə komandiri polkovnik Gözəlyanın digər hərbi hissələrdən birinə göndərilməsinə dair qərar qəbul edilib.

Ehtimal edilir ki, Ermənistan MN-də “Ura-Vətənpərlik” səfərləri ilə Madagizdəki hərbi hissəinin nüfuzunu xilas etməyin mümkün olmayacağını dərk ediblər. Bununla bağlı daha təsirli vasitələrə əl atılmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Dedovşina   Zorakılıq  

Düşmənin Madagizdəki hərbi hissəsində yeni cinayət – Əsgər ölümündən əvvəl zorakılığa məruz qaldı

2019/10/pm629-1571126849.jpg
Oxunub: 657     20:02     16 Oktyabr 2019    