Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq Aleksandr Sakakov bir neçə gün bundan öncə “Valday” konfransı zamanı Sergey Lavrovun səsləndirdiyi bəyata toxunarkən bildirib.
O qeyd edib ki, danışıqlar prosesindən hər hansı müsbət gözləntisi yoxdur.
“Düşünmürəm ki, münaqişə zonasında vəziyyətin ağırlaşması ilə balans pozulur və ya dəyişir. Ümumi mənada danışıqlar prosesindən hər hansı müsbət gözləntim yoxdur. Hesab edirəm, tərəflər istəmirlər, yəni münaqişə zonasında vəziyyətin kəskinləşməsindən mümkün qədər yayınırlar, buna görə də görüşlər baş tutur. Lakin ümumi mənada mürəkkəb bir vəziyyət var”, - deyə analitik bildirib.
Rusiya-Azərbaycan hərbi texniki əməkdaşlığına toxunan Skakov bildirib ki, Rusiya bu mənada regionda balansı qoruyub saxlayır.
“Rusiya Qarabağda, Qarabağ ətrafında müharibə istəmir və vəziyyəti ağırlaşdıran bəyanatlara icazə verməməyə cəhd etməlidir. Mən də bu fikirdəyəm ki, tərəflər arasındakı balans pozulmamalıdır, bu, hazırkı vəziyyətdə çox vacibdir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az