“Paşinyan və “Sasna Tsrer” terror qruplaşması bir bütövlükdür” – Balasanyan

2019/09/vik-1567766914.jpg
Oxunub: 710     14:01     09 Oktyabr 2019    
“2016-cı ildə həmin terrorçuları bağışladıq, indi elan edirəm ki, onları fiziki cəhətdən məhv edəcəyik, onlar xalqımıza, dövlətçiliyimizə qarşı qəsd etməyə cəhd edəcəklər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyan bildirib.

Paşinyanın Jirayr Sefilyan və Qareqin Çukazyanla görüşünə toxunan Balasanyan bildirib ki, Paşinyan hər kəsi - həm özünü, həm özü kimiləri qoxutmağa çalışır.

“Baxın, mənim döyüş qanadım var, kiçik bir əmr verə bilərəm, “Sasna Tsrer” və ya qalan məsələlərinizi fiziki cəhətdən həll edəcəklər. Hər kəsə, xüsusilə də Paşinyanın tərəfdarı olan “Sasna Tsrer”ə bir xəbər vermək istəyirəm. Bu cür söhbətləri yaymağa və ya müzakirə etməyə çalışmasınlar, bir an öncə cavab verəcəklər”, - deyə o bildirib.

O qeyd edib ki, Paşinyan və bu terror qruplaşması bir bütövlükdür.

“Bu bir terror qruplaşmasıdır. Biri silahla, digəri qələmlə hakimiyyəti ələ keçirib. Mən yüksək səslə deyirəm, Nikolun qürurlu vətəndaşları dinləsinlər, bütün ermənilər də dinləsin və bir an öncə addım atsın”, - deyə Balasanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balasanyan   Sasna-Tsrer   Terror  

“Paşinyan və “Sasna Tsrer” terror qruplaşması bir bütövlükdür” – Balasanyan

2019/09/vik-1567766914.jpg
Oxunub: 711     14:01     09 Oktyabr 2019    