Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı politololoq Uve Halbax Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə toxunarkən bildirib.

O qeyd edib ki, tarazlıq olmadığı üçün tərəflər danışıqlar yolu ilə qarşılıqlı məqbul həllərə gələ bilmirlər.
“Tərəflərdən birinin etdiyi hər hansı bəyanat digər tərəf üçün məqbul deyil, çünki tərəflər bir-birləri qarşısında müvafiq addımlara hələ hazır deyillər. Məsələn, bu balansın mövcudluğunun ilk testi 2016-cı ildə alovlanmış gərginlik idi. Əgər həmin balans əhəmiyyətli dərəcədə pozulmuş olsaydı, bəlkə də gərginlik uzanacaqdı”, - deyə o qeyd edib.
Halbax bildirib ki, əsas danışıqlar prosesi mürəkkəb vəziyyətdədir.
“Ciddi məsələlər ətrafında müzakirə, qarşılıqlı anlaşma yoxdur, bir-biri ilə əlaqəsi olmayan, bir-birinin mövqelərindən tamamilə fərqlənən və vəziyyəti gərginləşdirən mövqelər var. Bu şəraitdə hətta humanitar proses belə uzun sürə bilməz”, - deyə Halbax sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az