Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kurslar qondarma qurumun təşəbbüsü ilə keçirilir.
“Code 3 Angels” xeyriyyə təşkilatının nümayəndələri artıq dördüncü ildir ki, qeyd edilən proqramla bağlı Qarabağ qanunsuz səfər edirlər və ilkin tibbi yardım üçün ABŞ metodunu təqdim edirlər. Səfər edən şəxslərin adları açıqlanmır.
Xatırladaq ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Alpər Mövludoğlu
Ordu.az