Erməni hərbi ekspert: “Azərbaycana adekvat cavab vermək üçün hərbi-siyasi iradə lazımdır”

2019/10/456-1570439185.jpg
Oxunub: 1498     17:21     07 Oktyabr 2019    
“Təmas xəttindəki vəziyyət lift diplomatiyasının uğursuzluğu barədə danışır, ölkənin müharibə vəziyyətində olmasını və bu məntiqdən çıxış etməklə müvafiq addımların atılmasını aydın təsəvvür etmək lazımdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan son günlərdə təmas xəttində nəzərəçarpan gərginliyə toxunarkən bildirib.

O qeyd edib ki, Putin - Əliyev görüşü ərəfəsində və ondan sonra baş verən hadisələr onu göstərir ki, Azərbaycan ATƏT həmsədrlərinə problem həll olunmayana qədər təmas xəttində ölü və yaralıların olacağını bildirir.

“Hakimiyyət əyri güzgülər səltənətində yaşamağa və reallığı öz xalqına təhrif edilmiş şəkildə təqdim etməyə alışıb”,- deyə o qeyd edib.

Nahpetyan hesab edir ki, rəqibin hər bir addımına kəskin reaksiya verilməlidir.

“Əgər zərurət olarsa, bəzi hissələrdə hücum da etməliyik, bu, müharibənin qanunlarındandır”, - deyə o bildirib.

Tavuş istiqamətində sərhəd vəziyyətinə toxunarkən Nahapetyan bildirib ki, əvvəllər vaxtında müvafiq addımlar atılırdı, indi isə bu kimi addımlar atılmır.

“Tavuş istiqamətində snayperləri susdumaq cəhdləri uğursuzdur, hər şey konkret nəticələrlə qiymətləndirilir. Adekvat cavab üçün hərbi-siyasi rəhbərliyə siyasi iradə lazımdır”, - deyə hərbi ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Təxribat  

Erməni hərbi ekspert: “Azərbaycana adekvat cavab vermək üçün hərbi-siyasi iradə lazımdır”

2019/10/456-1570439185.jpg
Oxunub: 1501     17:21     07 Oktyabr 2019    