Qardaş ölkənin ilk milli snayper tüfəngi - KNT-308 (HƏRBİ EKSPERT)

2019/10/Kalek-6281718308.jpg
Oxunub: 4352     10:15     07 Oktyabr 2019    
Azərbaycanda lisenziya ilə istehsal olunmasına dair təsdiqlənməyən məlumatların mövcud olduğu “Kalekalıp” şirkətinin hazırladığı və MKEK şirkəti ilə istehsal etdiyi KNT-308 snayper tüfəngləri ilk dəfə 2009-cu ildə Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunub və həmin ildən TSQ-nin silahlanmasına qəbul edilib. Hazırda bu silahlardan ən azı 1000 ədədi güc strukturlarında aktiv istifadədə olunur.

“Kalekalıp” MKEK

Yalnız 2018-ci ildə MKEK şirkətinin ixrac daxil 58000 ədəd atıcı silah istehsal etməsi özəl sektorun müdafiə sənayesində real potensialını təsəvvür etməyə imkan verir, lakin bu rəqəm qarşılığında KNT-308 sayının 10 ildə 1000 ədədlə məhdudlaşması, əlavə olaraq bu silahlar haqqında nadir halda məlumatlara rast gəlinməsi, onların hansısa müttəfiq ölkələrə ixrac edildiyini və ya seriya istehsalının dayandırıldığını ehtimal etməyə imkan verir.

1957-ci ildə yaradılan “Kale” Qrupu, Türkiyədə müdafiə və aviasiya, kimya, elektrik vəsitələri, enerji, dağ-mədən, nəqliyyat sektorlarına investisiyalar yatıran holdinqlərdən biridir. Müdafiə və Aviasiya sektorunda aktiv fəaliyyət göstərən “Kale” Qrupunun şirkətləri, bu günə qədər qazanılan imkanlar və güclü infrastruktur sayəsində milli müdafiə və aviasiyanın tələb etdiyi məhsul istehsalında aktiv rol oynayır. Türkiyənin bir çox müasir atıcı silahlarının layihələrinin yaradılmasında “Kalekalıp” şirkətinin danılmaz rolu mövcuddur.

TSQ-nin taktiki texniki tələblərinə görə müasir piyada və snayper tüfəngləri döyüş şəraitində, gecə və gündüz, hər cür ərazi və hava şəraitində intensiv istifadəyə yaralı olmalı idi.

Müdafiə sənayesi ehtiyaclarının daxili əhatə səviyyəsini artırmaq məqsədi ilə 2009-cu ilin fevral ayında imzalanan müqavilə ilə, şirkət silahlı qüvvələrin ehtiyaclarını daxili inkişaf yolu ilə təmin etmək məqsədi ilə son nəsil piyada və snayper tüfənglərinin bütün üstün xüsusiyyətlərini daşıyan milli tüfəngin inkişaf mərhələsinin əsas subpodratçısı oldu.

KNT-308-in təyinatı və Taktiki-Texniki Xüsusiyyətləri

Türkiyənin 100% yerli ilk snayper tüfəngi “Kalekalıp” şirkətinin .308 (7.62) çaplı KNT-308 adlı silah hesab edilir. Şirkətin silahın təyinatını göstərən KNT - yəni Kəskin Nişançı Tüfəngi qısaltmasının baş hərflərini və mərmi çapının birləşməsini silahın adında istifadə etməsi nadir hallardandır. Düşmənin canlı qüvvəsinə və zirehsiz vasitələrinə qarşı mübarizə aparmaq üçün hazırlanan silah tək-tək atəş açmaq üçün 5 və ya 10 mərmilik xəzinədən istifadə edə bilər.

Silahın ümumi uzunluğu 147 sm, lülə uzunluğu 73 sm, istifadə etdiyi mərmi çapı 7.62x51 mm, mərminin başlanğıc sürəti 915 m/saniyədir. Effektiv atəş məsafəsi 800 metrdir, 1000 metrdən isə boşqab ölçüsündə hədəfi vurmaq mümkündür. Maksimum atəş məsafəsi isə 1500 metrə qədərdir, tətik mexanizmi zərbə tiplidir. Öz sinifində olan silahlardan 20% daha effektiv, 30% isə daha yüngüldür. Silahın boş kütləsi 5350 qramdır.

Qiyməti təxminən 2 min dollar olan tüfəngin əlavə aksesuarlar (optik nişangah və s.) ilə qiyməti 20 min dollara qədər çıxa bilər. Rəqiblərindən 30% daha ucuzdur. İstifadəsi və saxlanması asandır, öz sinfindəki digər silahlara nisbətən daha asan qatlanır. Orta səpələnmə 300 metrdə 12 mm-ə qədərdir. 1220 metrdən atəş edildikdə isə səpələnmə yalnız 200 mm-ə qədər artır, bu isə digər ölkə silahları ilə müqayisədə çox yaxşı göstərici hesab edilir.

İş prinsipi, tətbiqi və digər modelləri

Qeyri-avtomatik (“bolt action”) əl ilə doldurulan iş prinsipinə malik KNT-308 snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın yüksək rütubətliliyində, 50 dərəcəyə qədər temperatur diapazonlarında, yağış, toz və qarlı şəraitdə istismar olunmaq üçün hazırlanıb. Onun hissələri yüksək möhkəmliyə malik alüminium və digər metalların xəlitəsindən hazırlanır. Silahların əvvəlki nümunəsi ilə müqayisədə sonrakı versiyaları, ümumi konstruksiya və ballistik xüsusiyyətləri saxlanılmaqla, müəyyən dəyişikliklərə məruz qaldığı ehtimal olunur. Bu tüfənglərin sinifində ən yüngül kütləyə malik olması üçün yüksək texnoloji xammallardan- aviasiya alüminiumundan, titandan və s. istifadə olunub. Model xarici görünüşü baxımından dünyanın bəzi digər modellərinə (“Accuracy International” AWM) bənzəsə də, bütün mexanizmləri tamamilə şirkətin araşdırma və layihə mühəndisləri tərəfindən sıfırdan hazırlanıb. Silah əllə sürüşən çaxmaq vasitəsilə doldurulur.

Türkiyə Silahlı Qüvvələri KNT-308 snayper tüfənglərindən Türkiyənin şərqində, Suriyada və Şimali İraqda PKK/YPG terorçularına qarşı keçirdiyi əməliyyatlarda istifadə edir.

Digər snayper tüfənglərindən fərqli olaraq yüngül və asan daşınması istifadəçiyə böyük üstünlük verir. Silahın təmizlənməsi lülənin və tüfəngin çaxmaq mexanizmini sökmədən də həyata keçirilə bilər. Silahın qundağı və yanaqlığı nizamlanır, uzun müddət eyni nöqtəyə dəqiq tuşlanma isə qundağın altındakı dayaq və ön tərəfdəki ikiayaq vasitəsilə təmin edilir. Silahda optik nişangahların, termal kameraların və kollimator işarələyicinin tətbiqi üçün “Pikatinni” lövhəsindən istifadə edilir. Silahın lüləsi xüsusi sərtləşdirilən polad materialdan soyuq döymə üsulu ilə hazırlanır.

“Kalekalıp” şirkəti .308 çaplı KNT-308 snayper tüfənglərindən başqa 2000-ci ildən 12.7х99 mm (.50 BMG) mərmilər üçün nəzərdə tutulan 12.7 mm-lik AMR antimaterial, 2016-cı ildən isə 7.62 mm-lik NATO mərmili KNT-76 yarı-avtomatik tüfəng modellərini də hazırlayıb.

Antimaterial snayper tüfəngi ağır çəkisi və uzaq məsafəsi, sonuncu isə daha qısa lüləsi və yüngül çəkisi ilə fərqlənir. KNT-76 bu ilin sentyabr ayında Suriya sərhədlərində yerləşən zirehli hərbi hissələrin silahlanmasında diqqətləri cəlb etmişdi.

Mənbələr:

https://defence.pk/pdf/threads/knt-308-turkeys-first-indigenous-sniper-rifle.309259/
https://www.internethaber.com/keskin-nisanci-tufegi-urettik-102447h.htm
http://weaponland.ru/photo/turcija_mke_jng_90_kalekalip_tubitak_knt_308/7-0-3228
https://tr.wikipedia.org/wiki/KNT-308
https://en.wikipedia.org/wiki/Kalekal%C4%B1p_KNT-308
https://guns.fandom.com/wiki/Kale_Kal%C4%B1p_KNT-308
https://www.trt.net.tr/russian/turtsiia/2019/01/13/turtsiia-provodit-voiennyie-manievry-na-ghranitsie-s-siriiei-1124744
https://www.trthaber.com/haber/turkiye/turkiyenin-yeni-milli-keskin-nisanci-tufegi-goreve-hazir-380057.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Qardaş ölkənin ilk milli snayper tüfəngi - KNT-308 (HƏRBİ EKSPERT)

2019/10/Kalek-6281718308.jpg
Oxunub: 4353     10:15     07 Oktyabr 2019    