Heydər Əliyev adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO+FOTOLAR

2019/10/aa296-1570347144.jpg
Oxunub: 1994     09:07     06 Oktyabr 2019    
Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov muxtar respublikamızda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinə verilən yüksək qiymətdən, liseydə yaradılan müasir tədris şəraitindən danışıb.

Çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Çıxışların ardından təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-Lisey   Müəllimlər-günü  

Heydər Əliyev adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO+FOTOLAR

2019/10/aa296-1570347144.jpg
Oxunub: 1995     09:07     06 Oktyabr 2019    