Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO+FOTO

2019/10/2450e-3140693460.jpg
Oxunub: 1988     09:02     06 Oktyabr 2019    
Naxçıvan Qarnizonu tam orta məktəbində də 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə bildirilib ki, ötən tədris ilində məktəbin 21 məzunundan 19 nəfəri ali təhsil müəssisələrinə, 2 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə daxil olub.

Məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikamızda müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Çıxışların ardından təhsildə fərqlənən müəllimlər qiymətli hədiyyə və fəxri fərmanla təltif ediliblər. Sonda şagirdlər müəllimlərini müxtəlif mahnı və şeir nümunələri ilə təbrik ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan-Qarnizonu   Müəllimlər-günü  

Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO+FOTO

2019/10/2450e-3140693460.jpg
Oxunub: 1989     09:02     06 Oktyabr 2019    