Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı İrəvanı narahat edir

2019/10/00-16-1570437403.jpg
Oxunub: 1024     11:11     07 Oktyabr 2019    
Oktyabrın 3-də Soçidə Rusiya Prezidenti Putinlə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev hərbi-texniki əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini söyləyib. Prezident xatırladıb ki, Rusiya ilə Azərbaycanın 5 milyard dollarlıq müqaviləsi var, onlardan 3 mlrd həcmində razılaşma artıq icra olunub.

Təbii ki, Azərbaycan prezidentinin açıqlaması Ermənistanda KİV və ekspertlərin geniş müzakirəsinə səbəb oldu. Onlar, Aprel döyüşlərindən sonra yaranan yeni siyasi vəziyyətdə Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlığını müəyyən dərəcədə dondurduğunu, lakin hazırda silah tədarükünün yenidən intensivləşməsindən narahat olduqlarını ifadə etdilər.

“Aprel döyüşlərindən sonra Rusiyanın intensiv hərbi-texniki əməkdaşlığı dayandırmağa məcbur olub-olmadığını, yoxsa Rusiyadan narazı olaraq alqı-satqını dondurduğunu söyləmək çətindir. Müəyyən dərəcədə qarşılıqlı amillər ola bilər, amma əsl məsələ İlham Əliyevin indi 2 milyard dollarlıq silah müqaviləsinin faktiki olaraq "qalması"nın elan edilməsidir. Burada razılaşmanın qiyməti və ya dəyərinin nə olduğu çox vacibdir”, - deyə KİV-lərdən biri yazır.

Prezident İlham Əliyevin AİƏT-in Ermənistandakı sammiti, Putin-Paşinyan görüşü ərəfəsində hərbi razılaşmadan danışması da xüsusilə diqqət çəkir. Göründüyü kimi, dörd aylıq fasilədən sonra Putinlə İlham Əliyev arasında baş tutan görüş düşməni olduqca narahat edib.

"Çox təssüf ki, burada əsas məsələ Rusiya ilə İran arasında danışıqlardan sonra Tehranı regional sabitliyinin şübhə altına alınmayacağına inandırılması, 5 milyard dollarlıq silah-sursatın qalan 2 milyard dollarının tədarükü məsələsi olub. Bu isə İran prezidentinin irəvan səfərindən sonra Paşinyan üçün fiyaskodur", - deyə erməni KİV-ləri qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya   Hərbi-əməkdaşlıq  

Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı İrəvanı narahat edir

2019/10/00-16-1570437403.jpg
Oxunub: 1025     11:11     07 Oktyabr 2019    