Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sabiq deputatı, iqtisadçı Vardan Bostancyan bildirib.
O, oktyabrın 1-də İrəvanda baş tutmuş Avrasiya İqtisadi Birliyi Ali Şurası iclasının keçirilməsini və nəticələrini müsbət hal hesab etsə də, bütün bunların hamısının Ermənistanın indiki hakimiyyətinin nailiyəti hesab etmir.
Vardan Bostancyan Paşinyan-Putin görüşü barədə qeyd edib ki, görüş “parlaq”, “möhtəşəm” kimi şərh edilməsindən asılı olmayaraq çox kədərli idi.
“Bütün dünya Rusiya ilə əlaqələrdə özünü təmkinli saxlayır, lakin mən İrəvandakı görüşdə belə bir şey görmədim. Bu cür oyunlar ölkəmiz üçün təhlükəlidir”, - deyə Bostancyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az