Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri, Ermənistan prezidentinin müşaviri Tevan Poğosyan bildirib.
O qeyd edib ki, İlham Əliyev “Valday” konfransında çıxış edərkən hər hansı dərəcədə Nikol Paşinyanın yanaşmasına cavab verirdi.
“Mən deyə bilərəm ki, Azərbaycanın bu gün məsələni hərbi yolla həll etmək üçün siyasi qərarı var. Əliyevin “Valday”dakı sözləri də bu barədədir”,- deyə Poğosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az