Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Modus Vivend” mərkəzinin rəhbəri, siyasi şərhçi Ara Papyan bildirib.
Onun sözlərinə görə, Qərb İrana görə Ermənistana qarşı yumşaq münasibət göstərir.
“ABŞ-ın marağı Rusiyanın Cənubi Qafqazda təsirinin mümkün qədər zəiflədilməsini tələb edir. ABŞ üçün Ermənistanın suverenliyinin güclənməsi rus təsirinin zəifləməsidir”, - deyə Papyan qeyd edib.
Ekspertin sözlərinə görə, eyni müdafiə sistemində olanların bir-birinə qarşı silah satması qəbuledilməzdir.
“Lavrovun planına əsasən, Azərbaycanın KTMT-yə üzvlüyünün qiyməti Qarabağ olacaqdı, lakin ruslar anlayırlar ki, Qarabağ məsələsində erməni xalqının belə bir konsensusu var ki, əraziləri qaytarmaq təkcə sülh yox, həmçinin müharibə gətirəcək”, - deyə Ara Papyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az