Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Baxış” tətbiqi siyasət və analitik araşdırmalar mərkəzinin direktoru, politoloq Anna Karapetyan bildirib
Onun sözlərinə görə, Paşinyan vacib və konstruktiv yenilik kimi hər zaman bu tezis üzərində işləyir ki, münaqişənin nizama salınması həlli Ermənistan, Qarabağ (qondarma qurum-red.) və Azərbaycan xalqları üçün məqbul olmalıdır.
““Valday” müzakirə klubunda öz çıxışı zamanı Azərbaycan prezidenti Paşinyanın bu bəyanatına cavab verdi və qeyd etdi ki, onlar üçün məqbul həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olan həldir. Yəni, Bakı bu gün hər hansı güzəştlərə getmək niyyətində deyil və onun üçün məqbul həllə razı olub-olmayacağını Ermənistana buraxır”, - deyə ekspert bildirib.
Karapetyan qeyd edib ki, bu gün vasitəçilər artıq açıq mətnlə Ermənistanı qeyri-konstruktiv adlandırırlar.
“Bunun səbəbi “Qarabağ Ermənistandır, vəssalam” kimi hesblanmamış, populist bəyanatlardır. Bu, təhlükəsizlik də daxil olmaqla bizim üçün ciddi problemlər yarada bilər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az