Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu beynəlxalq mədəniyyət diplomatiyası sahəsi üzrə eksperti Denis Dvornikov bildirib.
O, Sergey Lavrovun “Valday” konfransı zamanı Qarabağ münaqişəsinin həll prosesilə bağlı səsləndirdiyi “Siyasi proses dayanıb və onu bu vəziyyətdən çıxarmaq olmur” bəyanatına da şərh bildirib.
“Həmçinin Albaniyanın Baş naziri Tiranadan “Kosova Albaniyadır” bəyanatını verdiyi kimi “Qarabağ Ermənistandır” sözləri səsləndi. Əlbəttə, bu kimi bəyanatlar siyasi prosesi yenidən başlamaq üçün müvafiq atmosferin yaradılmasına tövhə vermir”, - deyə Dvornikov bildirib.
Alpər Mövludoğlu
Ordu.az