Ordu.az xəbər verir ki, Rusiyanın “Neziqar” teleqram kanalı bununla bağlı öz versiyasını təqdim edib.
Kanal Minskdəki mənbələrinə istinad edərək bildirir ki, Lukaşenkonun geri dönməsinə səbəb Rusiyanın Belarusiyadakı hərbi attaşesi Roman Spiridonovun ölkəni tərk etməsinə kəskin reaksiyası olub. Spiridonov Belarus tərəfinin tələbi ilə ölkəni tərk edib.
Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin İrəvanda Belarus prezidenti ilə qısa söhbət edib, ardından vəziyyət kərginləşib. Lukaşenkonu sakitləşdirmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan işə müdaxilə edib.
“Alexander Lukashenko İrəvanda isteriya qaldırdı. Yalnız Nikol Paşinyan onu sakitləşdirə bilib. Vladimir Putin Lukaşenko ilə üzbəüz görüşməkdən imtina edib”, - deyə “Neziqar” xəbər verir.
Qeyd olunur ki, bu hadisədən sonra, tədbirin bitməsini gözləmədən, bütün Belarus nümayəndə heyəti Ermənistanı tərk edib və Lukaşenko heç kimlə vidalaşmayıb.
Alpər Mövludoğlu
Ordu.az