SHXÇDX-nin əməkdaşları “Şəhidlər muzeyi”ndə olub

2019/10/7af98-1570265827.jpg
Oxunub: 625     12:33     05 Oktyabr 2019    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları “Şəhidlər muzeyi”ndə olub.

Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi “Şəhidlər muzeyi”ni ziyarət edib.

“Şəhidlər muzeyi”nin yaradıcısı, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.

Ə.Qasımov bildirib ki, bu unikal muzey səkkiz ilə yaxındır ki, fəaliyyət göstərir və muzeydə 950 şəhidin fotoları, haqqında məlumatlar öz əksini tapıb. Bura tez-tez ziyarətçilər baş çəkərək, Qarabağ həqiqətləri ilə tanış olurlar. Hazırda muzeydə 1988-1996-cı illər ərzində Qarabağda baş verən qanlı faciələri əks etdirən fotolar, xatirələr, vətənpərvərlik fəaliyyətini göstərən sənədlər nümayiş olunur. İctimai Birliyin sədri, ziyarətçiləri “Şəhidlər muzeyi”ndə sərgilənən şəkillərlə tanış edib, onlara hər şəkilin tarixçəsi barədə ətraflı məlumat verib.

Daha sonra iki qardaşı şəhid olmuş, İB-nin icraçı direktoru Rümanə Əmirəliyeva “Şəhidlər muzeyi”nin əhəmiyyətindən danışıb.

SHXÇDX-nin rəis müavini, general-mayor Mayıl Şahverdiyev belə bir muzeyin təşkilinə görə təşəkkürünü bildirib, hərbi vətənpərvərik işinin geniş təbliği sahəsində bu cür tədbirlərin önəminə diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX  

SHXÇDX-nin əməkdaşları “Şəhidlər muzeyi”ndə olub

2019/10/7af98-1570265827.jpg
Oxunub: 626     12:33     05 Oktyabr 2019    