Ordu.az xəbər verir ki, şirkətin kreditorlarının ilkin siyahısı Ermənistanın “Joğovurd” qəzetinin əlinə keçib.
Beləliklə, məlum olub ki, şirkətin “Armeniabank”a 106 milyon 990 min dram (118 min avrodan çox) borcu var.
Bundan əlavə, tropik meyvələrin idxalı və satışı ilə məşğul olan “Mikşin” şirkətinə 69.6 milyon dram, “Es Ti Servis” MMC-yə 7 milyon 364 min dram, “Nardar” şirkətinə isə 33 milyon 760 min dram borcu var.
Bu arada, getdikcə iflasa uğrayan şirkətin “Keçaris Hotel”ə də 70 milyon dram borcu var.
Qeyd edək ki, “Keçaris Hotel”də Poğosyanın ailəsinə məxsusdur. Məlum olur ki, “Ketrin Qrup” şirkətinin Ermənistan Dövlət Gəlirləri Komitəsinə 365 milyon 184 min dram borcu var.
“Ketrin Qrup” “Alians Lojistik” şirkətinə də 6 milyon 832 min dram borcludur.
Yeri gəlmişkən, bu şirkət iflasın elan edilməsi tələbi ilə “Ketrin Qrup”u məhkəməyə verib.
Alpər Mövludoğlu
Ordu.az