Ermənistan MTX-nin müvəqqəti direktoru Vanetsyanın agentidir?

2019/10/00-18-1570264530.jpg
Oxunub: 32968     14:20     05 Oktyabr 2019    
Yaxın gələcəkdə Ermənistan MTX direktoru vəzifəsini müvəqqəti yerinə yetirən Eduard Martirosyanın da dəyişdirilməsi istisna edilmir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənsitanın “Jamanak” nəşri yazıb.

Nəşr qeyd edib ki, onun da çox möhkəm tellərlə əvvəlkilərə bağlı olduğunu anlamaq üçün qısa zaman tələb olunub.

Məlumata görə, keçmiş baş prokuror Ağvan Hovsepyan Martirosyanın karyerasının yüksəldilməsində böyük rola malikdir.

Hakimiyyət dəyişikliyindən əvvəl Ağvan Hovsepyan hər zaman Martirosyan üçün sponsor və vasitəçi kimi çıxış edib. Bundan əlavə, Ermənistan MTX-nin müvəqqəti direktoru hazırda sabiq direktorla sıx əlaqələrə malikdir.

Qeyd edilir ki, Eduard Martirosyan gündəlik olaraq bütün hadisələr barədə Vanetsyana hesabat verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Agent  


Bizi "telegram"da izləyin