Ordu.az xəbər verir ki, bunu qazaxıstanlı yazıçı, ictimai-siyasi xadim Oljas Süleymanov bildirib.
Bir neçə gün bundan öncə Bakıda “LiFFt 2019” IV Avrasiya ədəbiyyat festivalına yekun vuruldu. İmadəddin Nəsiminin 650 illiyinə həsr edimiş festivalda BMT proqramı çərçivəsində “Yerli Xalqların Dilləri İli” baş tutub.
Bu festival çərçivəsində Bakı Kitab Evində azərbaycanlı oxucularla Oljas Süleymanovun görüşü keçirilib.
Söhbət zamanı Süleymanov bildirib ki, Qarabağın BMT-də tanınmaması çox vacibdir.
“Heç bir dövlət Qarabağı Ermənistanın hissəsi hesab etmir. Bunu yalnız Ermənistanda deyirlər . Ümid edirəm ki, münaqişə nə vaxtsa mütləq həll ediləcək və bu, müharibənin yenidən başlaması ilə olmayacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az