Ermənistan hökuməti “27 Oktyabr” hadisəsinin yenidən açılmasına qərar verib

2019/10/56756-1570263779.jpg
Oxunub: 26116     12:22     05 Oktyabr 2019    
Məlum olduğu kimi, Ermənistan hökumət “1 Mart” hadisəsi üzrə uğur əldə edə bilməyib.

Bu qanlı hadisələrlə bağlı olan məhkəmə prosesləri artıq hökumət üçün informasiya sahəsində zəruri effekt vermir və onlar (hökumət-red.) yeni qalmaqallı hekayələrin axtarışlarındadırlar.

Son zamanlar baş verən həbsolunmalar da ötən ilki həbsolunmalar qədər effektiv deyil. Paşinyanın aşağı düşən reytinqi də hökuməti çox narahat edir. Yaxın gələcəkdə qazın qiymətinin artırılması da mümkündür və bu, sosial qiyam üçün bir fürsət ola bilər.

Məlumata görə, hökumət cəmiyyətin geniş kütlələrini ələ keçirmək və 1999-cu il oktyabrın 27-də baş vermiş terror hadisəsini yenidən açmaq üçün misli görünməmiş bir siyasi şou hazırlamaqla bağlı daxili qərarı var.

Bu işin yenidən açılması ilə məqsəd ən azı bir il cəmiyyətin başını qatmaq və daxili, iqtisadi problemlərdən uzaq saxlamaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   27-Oktyabr  


Bizi "telegram"da izləyin