Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı, Ermənistan İslahatçılar partiyasının rəhbəri Vahan Babayan öz “Facebook” səhifəsində yazıb.
O, Ermənistanın nə üçün belə bir ciddi platformada təmsil olunmadığı barədə hakimiyyətə sual ünvanlayıb.
“Nə üçün Paşinyan hava limanında görüşmək əvəzinə Valdayda yox idi və nə üçün Ermənistan tərəfindən məhz yerində müvafiq reaksiya olmadı? Nə üçün belə bir ciddi platformada ilk simalarla təmsil olunmamışıq və Xarici İşlər nazirinin heyətində işləyən cənab Zohrab harada idi?”, - deyə Babayan etiraz edib.
Alpər Mövludoğlu
Ordu.az