NATO komandiri: “Alyansın yeni strategiyası Avropanı daha yaxşı qoruyacaq”

2019/10/19092-1570258178.jpg
Oxunub: 721     11:32     05 Oktyabr 2019    
“ABŞ ordusu NATO tərkibində Avropanı iki əsas təhdiddən - Rusiyanın “zərərli təsir”i və beynəlxalq terrorizmdən qorumaq üçün bir vasitə rolunu oynayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu NATO-nun Avropa üzrə müttəfiq komandiri, ABŞ-ın Avropa Komandanlığının komandiri Tod Uolters bildirib.

O qeyd edib ki, demokratik dəyərləri təbliğ etməklə NATO-ya dəstəyin davam etməsi Avropanı müdafiə etmək və “təcavüz”ün qarşısını almaq üçün vacib rol oynayır.

“NATO-nun indi öz hərbi strategiyası var. Alyansın hərbi qanadının strategiya qurmaq üçün əldə rəhbər tutacaq sənədi yox idi. Şimali Atlantika Şurası tərəfindən təsdiqlənən bu strategiya, ABŞ hərbçilərinin NATO daxilində daha məhsuldar bir rol oynamasına imkan yaradır və iki əsas təhlükəyə qarşı mübarizə aparacaq: Rusiyanın rəqabətinə və beynəlxalq terrorizmə”, - deyə Uolter bildirib.

Avropa əsas diqqət mərkəzində olmasına baxmayaraq, Uolters ən çox ehtiyac duyulduğu yerlərdə qüvvələrin düzgün tarazlığını təmin etmək üçün digər komandalardakı həmkarları ilə mütəmadi olaraq görüşlər keçirdiyini söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Avropa  

NATO komandiri: “Alyansın yeni strategiyası Avropanı daha yaxşı qoruyacaq”

2019/10/19092-1570258178.jpg
Oxunub: 722     11:32     05 Oktyabr 2019    